Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp: İranla sanksiya müzakirələri başladı

2 dəq
Paylaş:
Tramp: İranla sanksiya müzakirələri başladı

ABŞ Prezidenti bəyan edib ki, İran artıq uranın zənginləşdirilməsi ilə məşğul olmayacaq və hazırda sanksiyaların yumşaldılması üzrə tarixi danışıqlar aparılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ağ Evin rəhbəri bu mühüm açıqlamanı "Truth Social" platformasında edib.

"Birləşmiş Ştatlar İranla sıx edəcək. Uran zənginləşdirilməyəcək və bizimlə birgə hərəkət edərək dərinliklərdə basdırılmış nüvə materiallarının (B-2 bombardmançılarının zərbələrindən sonra) bütün qalıqlarını çıxaracaq. Hazırda bu obyekt ciddi peyk müşahidəsi altındadır", - deyə o bildirib.

VaşinqtonTehran arasında və sanksiyaların yumşaldılması məsələlərinin müzakirə edildiyini qeyd edən Donald Tramp əlavə edib: "Biz İranla tariflər və sanksiyaların yumşaldılması məsələləri üzrə danışıqlar aparırıq və aparacağıq. 15 bənddən bir çoxu artıq razılaşdırılıb".

Xatırladaq ki, İranABŞ 2026-cı il aprelin 8-i gecəsi iki həftəlik barədə razılığa gəliblər. İran öz tərəfindən bəyan edib ki, bu müddət ərzində İranın Silahlı Qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax