Operativ Məlumat Mərkəzi

Tramp Maduro ilə danışmağa razılıq verdi

1 dəq
Paylaş:
Tramp Maduro ilə danışmağa razılıq verdi
{"az":"bu barədə \"Fox News\" məlumat yayıb. \"Bəli, bəlkə də onunla danışardım, hamı ilə danışaram\", - amerikalı lider 2026-cı il dünya çempionatına hazırlaşan...","en":"","ru":""}

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə Amerikanın Latın Amerikası ölkəsinə mümkün zərbələri ilə bağlı mətbuatda yayılan xəbərlər fonunda danışmağa hazır olduğunu təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

"Bəli, bəlkə də onunla danışardım, hamı ilə danışaram", - amerikalı lider 2026-cı il dünya çempionatına hazırlaşan işçi qrupunun iclasında deyib.

Tramp həmçinin bildirib ki, Maduronun ABŞ-yə “dəhşətli ziyan vurması” ilk növbədə Venesueladan ölkəyə daxil olan keçmiş məhbusların və narkotik alverçilərinin axını səbəbindən baş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər