ABŞ-İran danışıqları davam edərkən ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra “hər məsələdə eyni tərəfdəyik” mesajını verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında bildirib.
Tramp açıqlamasında yazıb: "İsrailin baş naziri Netanyahu ilə ticarət və İran da daxil olmaqla bir çox mövzuda danışdım. Görüş çox yaxşı keçdi, bütün mövzularda eyni mövqedəyik".
Tramp və Netanyahu arasında görüş ona görə vacibdir ki, bu, ABŞ və İran arasında danışıqların davam etdiyi bir vaxta təsadüf edir.
Ağ Evin telefon danışığı ilə bağlı daha ətraflı açıqlama verəcəyi gözlənilir.