Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yunanıstanda aviaşou zamanı faciə: İki pilot həlak oldu

3 dəq
Paylaş:
Yunanıstanda aviaşou zamanı faciə: İki pilot həlak oldu

Yunanıstanın paytaxtı Afinadan şimalda yerləşən Tanagra hərbi bazasında keçirilən “” aviaşousu zamanı faciə baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədbirdə iştirak edən “” tipli havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Minlərlə tamaşaçının gözü qarşısında baş verən hadisə zamanı qırıcı aşağı hündürlükdə manevr edərkən qəfil hündürlüyünü itirib və yerə çırpılaraq alovlanıb.

Hadisə şahidlərinin “ERT” telekanalına verdiyi məlumata görə, təyyarə havada təxminən üç dəqiqə qala bilib. Yayılan görüntülərdə qırıcının yerə yaxın məsafədə kəskin sağa dönməyə çalışdığı, daha sonra isə idarəetməni itirərək yerə düşdüyü görünür.

Rəsmi şəxslər qəza nəticəsində təyyarədə olan hər iki pilotun həlak olduğunu təsdiqləyiblər.

Təyyarənin qəzaya uğramasından sonra ərazidəki meşəlik sahədə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib. Yanğının söndürülməsinə 115 yanğınsöndürən, 36 texnika, həmçinin xüsusi aviasiya vasitələri və helikopterlər cəlb olunub.

Hakimiyyət orqanları “112” təcili xətti vasitəsilə yaxınlıqda yaşayan sakinləri yanğın təhlükəsi ilə bağlı xəbərdar edib.

tədbirləri çərçivəsində Afina-Lamia avtomagistralı və Oinoi əyalət yolu da daxil olmaqla, qəza yerinə yaxın bir sıra yollar müvəqqəti bağlanıb.

Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə nəzarət altına alınıb.

Faciəli hadisədən sonra “Athens Flying Week” aviaşousunun qalan hissəsinin keçirilməsi ləğv olunub.

Yunanıstanın Nikos Dendias hadisə ilə əlaqədar proqramını yarımçıq saxlayaraq Afinaya qayıdıb.

Hazırda qəzanın dəqiq səbəbləri məlum deyil. Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə