Bakının müxtəlif küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda tıxac olan yollar aşağıdakılardır:
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində
Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində
Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər
28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində
Tbilisi prospekti – “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində
NİİM sürücülərə sıxlıq olan əraziləri nəzərə alaraq alternativ yollardan istifadə etməyi tövsiyə edir.