Əsas məzmuna keç

Bakıda avtobus zolaqlarında yeni minib-düşmə yerləri yaradılıb

Bakıda avtobus zolaqlarında yeni minib-düşmə yerləri yaradılıb

AYNA Səbail və Nəsimidə, o cümlədən Üzeyir Hacıbəyli küçəsində sərnişin dayanma nöqtələri qurdu. ABŞ səfirliyi önündəki dəyişiklik və detallar xəbərimizdə.

en ru

Bakıda zolaqlarında hərəkətin daha səmərəli təşkili və minik avtomobilləri ilə sərnişinlərin təhlükəsiz şəkildə mindirilib-düşürülməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

Yerüstü Agentliyinin (AYNA) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, növbəti minib-düşmə məntəqələri və Nəsimi rayonlarının ərazisində təşkil olunub.

Belə ki, Üzeyir Hacıbəyli küçəsində – Puşkin küçəsi ilə Azadlıq prospekti arasındakı hissədə, eləcə də Azadlıq prospektində, ABŞ səfirliyinin qarşısında minik avtomobilləri üçün sərnişin minib-düşmə yerləri müəyyənləşdirilib və bununla bağlı müvafiq yol nişanları quraşdırılıb.

AYNA bildirir ki, bu addımlar avtobus zolaqlarında qayda pozuntularının qarşısının alınmasına, ictimai nəqliyyatın fasiləsiz hərəkətinə və ümumi təhlükəsizliyinin artırılmasına xidmət edir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…