UEFA Konfrans Liqasının ilk turunda “Trabzonspor” Finlandiyada “KuPS Kuopio” ilə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edib.
Qonaqlar 3-cü dəqiqədə hesabı açıblar. Salahın ötürməsindən sonra müdafiə arxasına keçən Paul Onuaçu qapıçı Kreidl ilə təkbətək çıxıb və dəqiq zərbə ilə topu tora göndərib.
Onuaçu 9-cu dəqiqədə zədələnərək meydanı Djuya verib. 11-ci dəqiqədə Salahın zərbəsi qapının yanından az fərqlə keçib. Daha sonra Cenk Özkacarın iki cəhdi də qolla nəticələnməyib: 28-ci dəqiqədə qapıçı Kreidl topu tutub, 35-ci dəqiqədə isə onun baş zərbəsi qapıdan aralı gedib.
“KuPS Kuopio” 37-ci dəqiqədə Kujasalon, 41-ci dəqiqədə isə Parzyszekin zərbələri ilə fərqlənməyə yaxın olub, lakin hər iki cəhddə top qapıdan keçməyib. 42-ci dəqiqədə Armahın zərbəsini “Trabzonspor”un qapıçısı Onana nəzarətə götürüb.