Əsas məzmuna keç

Tovuzda "VAZ" yanıb

Tovuzda "VAZ" yanıb

Tovuzda "VAZ" yanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Tovuz şəhərində...

Tovuzda "VAZ" yanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə şəhərində avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaş Samir Əliyevə məxsus "VAZ-21011" markalı minik avtomobilində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrikinin və salonun yanar hissələri yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #minik#tovuz
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…