Əsas məzmuna keç

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Tovuzda ikisi azyaşlı olmaqla üç nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat...

Tovuzda ikisi azyaşlı olmaqla üç nəfərin ağır xəsarət alması ilə nəticələnən baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ” və “Opel” markalı minik maşınları toqquşub.Nəticədə VAZ-ın sürücüsü 41 yaşlı Anar Həsənov, 15 yaşlı Nicat Həsənov və 15 yaşlı Famil Həsənli xəsarət alıb. Onlardan birinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə Dövlət əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…