Operativ Məlumat Mərkəzi

Tovuzda 18 nəfər zəhərlənib, araşdırmalara başlanılıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Tovuzda 18 nəfər zəhərlənib, araşdırmalara başlanılıb - YENİLƏNİB

Tovuzda kütləvi zəhərlənənlərin vəziyyəti açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb.

***

Tovuzda kütləvi zəhərlənmə olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, kütləvi zəhərlənmənin rayonun Qovlar şəhərində yerləşən dönərxanada qeydə alındığı bildirilir.

Belə ki, dönərxanada toyuq dönəri yeyən 18 nəfərin vəziyyəti pisləşib və zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə "Report"a bildirilib ki, Agentliyinin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Köz dönər” ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb. Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər