Tom Holland karyerasında fasilə verəcək

Tom Holland karyerasında fasilə verəcək
09.06.2023 15:35
Aa
dəq

İngilis aktyor Tom Holland karyerasında fasilə verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"  xarici KİV-ə istinadən xəbər verir ki, aktyor bir illik bir fasilənin olacağını bildirib.

Buna səbəb Hollandın  baş obrazını canlandırdığı "Crowded room" serialı olub.

Belə ki, aktyorun canlandırdığı obraz dissosyativ şəxsiyyət pozlunluğuna sahib Billy Miligandır. Billy sahib olduğu psixoloji problemə görə bəraət almış ilk şəxsdir.

Personajın həyat hekayəsinin olduqca acınacaqlı olduğunu qeyd edən Tom çəkilişlər zamanı çox yorulduğunu etiraf edib.

Xatırladaq ki, bu gün "Apple TV+"-da sözügedən serialın premyerası baş tutacaq.

Həftənin ən çox oxunanları