Operativ Məlumat Mərkəzi

Tokayev Dubayda keçirilən iqlim sammitində görüşlər keçirib

1 dəq
Paylaş:
Tokayev Dubayda keçirilən iqlim sammitində görüşlər keçirib
bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb. Sammit çərçivəsində Tokayev plenar iclasda çıxış edəcək, həmçinin dövlət...

BƏƏ-nin Dubay şəhərində keçirilən BMT-nin Dünya İqlim Fəaliyyəti Sammiti başlamamışdan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreşlə qeyri-rəsmi görüşlər keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.

Sammit çərçivəsində Tokayev plenar iclasda çıxış edəcək, həmçinin dövlət başçıları və biznes strukturlarının rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Sammit dekabrın 12-dək davam edəcək.​

Bu xəbəri paylaş

Oxşar xəbərlər