Operativ Məlumat Mərkəzi

Tokayev: COP29 Azərbaycan və onun diplomatiyası üçün böyük tarixi nailiyyətdir

1 dəq
Paylaş:
Tokayev: COP29 Azərbaycan və onun diplomatiyası üçün böyük tarixi nailiyyətdir
bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Bakıda keçirilən Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci iclasında deyib. Onun...

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan dövlətinin və onun diplomatiyasının böyük tarixi nailiyyətidir.

"Operativ Məlumat Mərkəzi-OMM" Akordaya (Qazaxıstan Prezident Administrasiyası) istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Bakıda keçirilən Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci iclasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət səviyyəsi kifayət qədər yüksəkdir: “COP29-da iştirak dəvətini böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Sammit mövcud iqlim problemlərinin həlli və qlobal əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı bu işin öhdəsindən sözsüz ki, gələcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər