Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb

2 dəq
Paylaş:
"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb

Yol- hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda "Arzum" ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində verilib.

Qərara əsasən, vəkillərin İlduzə Hacıyevanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin olunub. Həmçinin apellyasiya şikayəti məhkəmə baxışına verilib. Şikayətə məhkəmə istintaqı aparılmaqla baxılması qərara alınıb.

Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.

İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci ( və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax