ABŞ-nin "Tesla" şirkəti yeni "Roadster" elektromobilini təqdim edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, təqdimat ABŞ-nin Texas ştatında yerləşən "SpaceX" şirkətinin sınaq poliqonunda keçirilib və videoçarx "Tesla" tərəfindən yayımlanıb.
Nümayiş zamanı avtomobil maneənin üzərindən fırlanaraq keçib, əyri rampaya qalxıb və oradan sıçrayaraq enib. Belə ki, avtomobil xüsusi ventilyator sistemi vasitəsilə rampanın səthində hərəkətini davam etdirib. Təkərləri yuxarı qalxsa belə, sistemin yaratdığı təzyiq qüvvəsi avtomobilin rampanın səthində qalmasını təmin edib.
"Çox şey görmüşəm, amma buna bənzər heç nə görməmişəm", - "Tesla"nın rəhbəri İlon Mask bildirib.
Şirkət bu modelin seriyalı istehsalına 2028-ci ildə başlamağı planlaşdırır.
Bununla belə, avtomobilin nümayiş zamanı göstərilən funksiyalarından ümumi istifadədə olan yollarda istifadə edilməsinin mümkün olub-olmayacağı hələlik məlum deyil.