Tərtərdə mina partlayıb, 3 nəfər xəsarət alıb

Tərtərdə mina partlayıb, 3 nəfər xəsarət alıb
02.04.2024 17:01
Aa
dəq

Tərtər rayonunun Çaylı kəndi ərazisində mina partlayıb, 3 nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır.

Həftənin ən çox oxunanları

Qəbələdə orta məktəb yanıb

Qəbələdə orta məktəb yanıb
DAVAMIN OXU davamın oxu

Qusarda su kanalında batan şəxsin meyiti tapılıb

Qusarda su kanalında batan şəxsin meyiti tapılıb
DAVAMIN OXU davamın oxu

DİN əməliyyat keçirib, 70 kiloqram narkotik dövriyyədən çıxarılıb

DİN əməliyyat keçirib, 70 kiloqram narkotik dövriyyədən çıxarılıb
DAVAMIN OXU davamın oxu

Abşeron magistral su kanalından meyit tapılıb

Abşeron magistral su kanalından meyit tapılıb
DAVAMIN OXU davamın oxu

Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən şəxsə hökm oxunub
DAVAMIN OXU davamın oxu