Əsas məzmuna keç

Tərtərdə həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Tərtərdə həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Tərtərdə həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Tərtərdə həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində məhkəməyə göndərilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, bu il fevralın 26-da Tərtər rayonu, Buruc kənd sakini 1984-cü il təvəllüdlü Şəmilovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Tərtər Suvarma Sistemləri İdarəsində elektrik montyoru vəzifəsində işləyən Elbrus Şəmilovun xidməti vəzifəsini yerinə yetirərkən həmkəndlisi, 1971-ci il təvəllüdlü Muradxan Hüseynov ilə aralarında mübahisə baş verməsi səbəbindən sonuncunun onu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Muradxan Hüseynova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…