"Tərtər işi" üzrə ittiham olunan general Bəkir Orucovun məhkəməsi başlayıb

"Tərtər işi" üzrə ittiham olunan general Bəkir Orucovun məhkəməsi başlayıb
05.04.2023 15:28
Aa
dəq

“Tərtər işi” işi üzrə ittiham olunan 5 nəfər - Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov azadlıqdadır. Onlar barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Daha sonra anket məlumatları dəqiqləşdirilib.

İntiqam Məmmədovun vəkili vəsatət qaldıraraq müvəkkilinin istintaq təcridxanasından yaxınları ilə əlaqə saxlamasına icazə verilməsini xahiş edib.

Hakim yerində münasibət bildirərək məsələnin araşdırılacağını bildirib.

Rahib Məmmədovun vəkili isə təqsirləndirilən şəxslərin qollarındakı qandalın açılmasını xahiş edib.

Sədrlik edən Zeynal Ağayev təqsirləndirilən şəxslərin qandallarının çıxarılmasına göstəriş verib.

Ziya Kazımovun vəkili müvəkkili barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, İntiqam Məmmədovun vəkili isə işin ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorluğa qaytarılması ilə bağlı vəsatət qaldırıblar.

Digər vəsatət isə Bəkir Orucov, Rahib Məmmədov və İntiqam Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər də vəsatətlərlə çıxış ediblər.

Zərərçəkmiş şəxslərin əksəriyyəti onlara dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsini istəyiblər. Bir neçə zərərçəkmişin vəsatəti isə orduya bərpa olunmaqla bağlı olub.

Zərərçəkmiş şəxslər vəsatətlə çıxış edərkən Bəkir Orucovun işgəncə verdiyini görmədiklərini deyiblər.

Məhkəmənin qərarı ilə ittiham olunan şəxslərin qaldırdığı vəsatətlər əsassız sayılaraq təmin edilməyib.

Zərərçəkmiş şəxslərin vəsatəti isə baxılmamış saxlanılıb, onlara maddi və mənəvi ziyana görə mülki iddia qaldıra biləcəkləri izah olunub.

İş üzrə baxış iclası aprelin 13-nə təyin olunub.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Həftənin ən çox oxunanları

"Semka" ləqəbli "TikTok"er saxlanıldı - FOTO

DAVAMIN OXU davamın oxu

2 ton narkotik məhv edilib - VİDEO

2 ton narkotik məhv edilib - VİDEO
DAVAMIN OXU davamın oxu

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib
DAVAMIN OXU davamın oxu

Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar

Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

Məktəblilərin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

Məktəblilərin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
DAVAMIN OXU davamın oxu