Əsas məzmuna keç

Terrora görə yeni cəzalar müəyyənləşir

Terrora görə yeni cəzalar müəyyənləşir

Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir: Terror qruplaşması yaradanları 14 ilədək azadlıqdan məhrumetmə gözləyir. Bəs kimlər məsuliyyətdən azad ediləcək?

en ru

təşkilatı yaratma, ona rəhbərlik və ya onun fəaliyyətində iştirak etməyə görə cəzalar müəyyənləşir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, Məcəllənin 102, 214, 214-1, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədilə terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etməyə görə 10 ildən 14 müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif edilir.

Həmçinin sənədə görə, terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etməyə görə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur.

Qanun layihəsində qeyd edilib ki, məcəllənin 214-4.2-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına yardım etdikdə cinayət məsuliyyətindən azad ediləcək. Bu qayda, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə kömək edən və əməlində başqa cinayətin tərkibi olmayan şəxslərə aid ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…