"Terror aktı Azərbaycan dövlətinin siyasətə inamı sarsıtmaq məqsədi daşıyır"

"Terror aktı Azərbaycan dövlətinin siyasətə inamı sarsıtmaq məqsədi daşıyır"
04.04.2023 11:54
Aa
dəq

“Dəyərli millət adamı Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclis hüquqi-siyasi qiymət verir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir. Martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın 4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir. Terrorun silahı nə olursa-olsun - pistolet, avtomat, yoxsa, bomba, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir”.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc Milli Məclisin iclasında deyib.

Deputat vurğulayıb ki, terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır: “Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin İslama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir. Əslində terrorçuların dini və milli mənsubiyyəti yoxdur, onların hədəfi təkcə dövlət, xalq və fərdlər deyil, həm də müqəddəs kitablardır.

Son aktı törədənlər Danimarka və Niderlandda Quran kitabını yandıranlardan fərqlənmirlər. Orucluq ayında iftardan çıxan inanclı bir adama qarşı terror aktı törədənlər Zori Balayanla, Yaxın Şərqdə din bayrağı altında edamlar həyata keçirən İŞİD-la eyni səngərdədilər. Ona görə də silahlı dindarları, İslam tarixində yüksək mərtəbə tutan İmam Hüseyn adına terror təşkilatı yaradanları həqiqi inanclı adamlar, bütün konfessiyaların təmsilçiləri pisləmədilər, terroru hamı lənətləməlidir. Bəli, İranın casus şəbəkəsi ifşa edilir, lakin Azərbaycan dövləti yüzlərlə vətəndaşımızı müxtəlif yollarla öz caynağına alan qüvvələrin şərindən qorumaq üçün qazandığı qələbəni, əldə etdiyi hərbi strateji yüksəklikləri daha da möhkəmləndirəcək”.

Həftənin ən çox oxunanları

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub
DAVAMIN OXU davamın oxu

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib
DAVAMIN OXU davamın oxu

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək
DAVAMIN OXU davamın oxu

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
DAVAMIN OXU davamın oxu