Təranə Səmədovanın cinayət əməllərinin DETALI - YENİLƏNİB

Təranə Səmədovanın cinayət əməllərinin DETALI - YENİLƏNİB
15.02.2023 11:20
Aa
dəq

Ötən gün həbs edilən tanınmış prodüser Təranə Səmədovanın cinayət əməli ilə bağlı bir sıra detallar məlum olub.

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Operativ Məlumat Mərkəzi - OMM"-nin sorğusuna cavab olaraq bildirib ki, T.Səmədova musiqiçinin şikayəti əsasında həbs edilib: “İş üzrə bir nəfər musiqiçi zərərçəkmiş qismində tanınıb. Təranə Səmədovanın digər cinayət əməllərinin olması da istisna edilmir. Onun əməllərindən zərəçəkən başqa şəxslər varsa, Xətai Rayon Polis İdarəsinə müraciət etmələri tövsiyə olunur”.

Əldə etdiyimiz digər məlumata görə, Təranə Səmədova adı açıqlanmayan zərərçəkmişdən hədə-qorxu ilə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul alıb.

Prodüser barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan cinayət işinin istintaqı davam etdirilir.

14.02 20:00 ***

Tanınmış prodüser Təranə Səmədova həbs olunub.

"Operativ Məlumat Mərkəzi - OMM" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Məlumatı saytımıza açıqlamasında DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev də təsdiqləyib. Onun sözlərinə görə, prodüser barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Qeyd edək ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Onu da xatırladaq ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.

Həftənin ən çox oxunanları

Azərbaycanı "Avroviziya-2024" o təmsil edəcək

Azərbaycanı
DAVAMIN OXU davamın oxu

Emin Ağalarovun Çelyabinskdəki konserti ləğv edilib

Emin Ağalarovun Çelyabinskdəki konserti ləğv edilib
DAVAMIN OXU davamın oxu

Aybəniz Haşimovanın qardaşı həbs edildi

Aybəniz Haşimovanın qardaşı həbs edildi
DAVAMIN OXU davamın oxu

Təranə Səmədovaya hökm oxunub

Təranə Səmədovaya hökm oxunub
DAVAMIN OXU davamın oxu

Erməni ifaçı Aygün Kazımovanın mahnısını oğurladı

Erməni ifaçı Aygün Kazımovanın mahnısını oğurladı
DAVAMIN OXU davamın oxu