Əsas məzmuna keç

Təndirxanada partlayış olub, yaralılar var

Təndirxanada partlayış olub, yaralılar var

Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Sabunçu rayonu qəsəbəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar.

Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

18:13 ***

26.06.2023-cü il tarixində saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130 m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində baş verib, yanğın hadisəsi olmayıb.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, nəticədə 5 nəfər yanıq xəsarəti alıb. Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan , 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…