Operativ Məlumat Mərkəzi

Ten Haq: "Ən əsası ilk kuboku qazanmaq idi"

1 dəq
Paylaş:
Ten Haq: "Ən əsası ilk kuboku qazanmaq idi"
o, qazandıqları kubokun onları daha da motivasiya edəcəyini bildirib: “Ən əsası ilk kuboku qazanmaq idi. Bu, bizi daha da motivasiya edəcək. Eyni...

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Liqa kubokunun “Nyukasl”la final oyunundan sonra (2:0) danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Manchester Evening News"-a istinadən xəbər verir ki, o, qazandıqları kubokun onları daha da motivasiya edəcəyini bildirib:

“Ən əsası ilk kuboku qazanmaq idi. Bu, bizi daha da motivasiya edəcək. Eyni zamanda, komandanın inam hissini də artıracaq. Biz “Mançester Yunayted”in layiq olduğu kubokları qazanacağıq. Artıq onlardan birincisinin sahibi olduq”.

Xatırladaq ki, bu, “qırmızı şeytanlar”ın 2017-ci ildən bəri qazandığı ilk kubokdur. Eyni zamanda, Mançester təmsilçisi tarixində 6-cı dəfə İngiltərə Liqa kubokuna sahib olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər