Əsas məzmuna keç

Təl-Əvivdə baş verən terror aktı nəticəsində 7 nəfər ölüb, 16 nəfər yaralanıb

Təl-Əvivdə baş verən terror aktı nəticəsində 7 nəfər ölüb, 16 nəfər yaralanıb

bu barədə İsrail polisinin insidentlə bağlı araşdırmanın yekunlarına dair məlumatında bildirilib. Qeyd edək ki, daha əvvəl 6 nəfərin öldüyü, 9 nəfərin...

Təl-Əvivdə oktyabrın 1-də axşam saatlarında baş verən atışma nəticəsində İsrailin 7 vətəndaşı ölüb, 16-sı yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin insidentlə bağlı araşdırmanın yekunlarına dair məlumatında bildirilib.

Qeyd ki, daha əvvəl 6 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilirdi.

Müəyyən edilib ki, aktını iki nəfər törədib, onlardan biri ölüb, digəri isə ağır yaralanıb. Hər ikisi Hevron (İordan çayının qərb sahilindəki şəhər) sakinləridir.

Məlumata görə, terrorçular dayanacaqda tramvay vaqonuna daxil olaraq sərnişinlərə atəş açıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…