Operativ Məlumat Mərkəzi

Təhsil haqqının artırılmasının səbəbləri nələrdir? - AÇIQLAMA

3 dəq
Paylaş:
Təhsil haqqının artırılmasının səbəbləri nələrdir? - AÇIQLAMA

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yeni qərar imzalayıb. Qəbul edilmiş yeni qərara əsasən Ali məktəblərdə illik təhsil xərclərinin yeni miqdarı müəyyənləşib. Bir çox ixtisasların isə illik ödəniş qiymətlərinin artdığını görürük.

Bəs bu qərarı zəruri edən amil nədir? Bu yeni qərar Azərbaycan təhsilinə necə təsir edəcək?

Mövzu ilə bağlı “Operativ Məlumat Mərkəzi – OMM”-ə açıqlama verən təhsil eksperti İlqar Orucov deyir ki, Baş nazir Əli Əsədov tərəfindən Ali təhsil müəssisələrinin illik xərclərinin yeni miqdarı müəyyənləşib.

"Mən hər zaman ali təhsil müəssisələrində təhsil haqqlarının aşağı olmasının tərəfdarı olmuşam. Ümumiyyətlə dünyanın bütün ölkələrində yaxşı təhsil hər zaman baha olub. Biz ümumi nəzər salsaq görərik ki, həmin ölkələrdəki təhsilin səviyyəsi də yüksəkdir və həmin təhsil müəssisələri dünya reytinqində çox qabaqcıl yerlərdədilər. Əlavə olaraq, həmin ölkələrdəki təhsil müəssisələrində təhsil haqqı kifayət qədər də bahadır. Bu vəsaitlər isə təkcə tələbəyə dərs deyən müəllimlərə sərf olunmur, ümumillikdə ali təhsildə infrastrukturun, məzmunun yenilənməsi, dərsliklər, kitabxana sistemi, həmçinin ali təhsil müəssisələrində çalışan akademik heyətin pəşəkarlığının artırılması, onların elmi ezamiyyətlərə göndərilməsi üçün xərclənir".

Ekspertin fikrincə, təhsil müəssisələrində xərclərin təsnifatı kifayət qədər böyükdür.

"Təhsil müəssisəsinin saxlanılması, xərcləri, yeni infrastrukturun qurulması böyük vəsait tələb edir. Bizim universitetlərin əsas gəlir mənbəyi tələbələrin ödənişləri əsasında formalaşır. Bu baxımdan da həmin normalar müəyyənləşdirilərkən bazar qiymətləri, ölkədə inflyasiya nəzərə alınır. Bütün bunlar isə tələbələrin təhsil haqlarına birbaşa təsir göstərir. Ali təhsil müəssisələrinin pedoqoji heyətinin zaman-zaman tərəfində olmuşuq ki onların peşəkarlığı, sosial durumu yaxşı olsun. Bunlar isə kifayət qədər maliyyə tutumlu məsələlərdir. Yeni normalar universitetlərin inkişafı üçün əlavə imkanlar yaradacaq".

Mədinə Useynova

Bu xəbəri paylaş

Oxşar xəbərlər