Tehran meri Əlirza Zəkaninin İranda keçirilən prezident seçkilərindən sonra vəzifəsindən azad edilməsi məsələsi ciddi müzakirələrə səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Məsud Pezeşkianın rəqibi, Tehran Şəhər Şurasının üzvü Mehdi İqran Zəkaninin vəzifəsindən uzaqlaşdırılmasının zəruriliyini bəyan edib.
“Zəkani prezident seçkiləri zamanı xalqın sərt reaksiyası ilə üzləşib və onun vəzifəsindən azad edilməsi şəhər şurasının gündəmindədir, lakin meri dəstəkləyənlər var”, – deyə İqran bildirib.