Tehranda yaşayış binasında güclü partlayış baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, binanın böyük bir hissəsi dağılıb. Ətrafdakı üç-dörd binaya və mağazaya ziyan dəyib.
İndiyədək dağıntılar altından 12 nəfər çıxarılıb, 3-nün vəziyyəti ağırdır.
Dağıntılar altında daha çox insanın ola biləcəyi ehtimalı var. Partlayışın səbəbi hələlik məlum deyil.