TƏBİB: "Bakıda sexdəki yanğında xəsarət alanların 9-nun vəziyyəti ağırdır"

TƏBİB: "Bakıda sexdəki yanğında xəsarət alanların 9-nun vəziyyəti ağırdır"
19.01.2024 12:01
Aa
dəq

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.

TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir, 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, hadisə nəticəsində 9 nəfərin meyiti dağıntılar altından çıxarılıb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu