Teleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən və xəsarət alan var - YENİLƏNİB 2 - VİDEO

Teleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən və xəsarət alan var - YENİLƏNİB 2 - VİDEO
17.04.2024 10:55
Aa
dəq

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

***

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın ailəsindən saytımıza bildirilib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.

Həftənin ən çox oxunanları

DİN: Anar Məmmədli saxlanılıb, barəsində araşdırma aparılır

DİN: Anar Məmmədli saxlanılıb, barəsində araşdırma aparılır
DAVAMIN OXU davamın oxu

Qazaxda hərbçi minaya düşüb, vəziyyəti ağırdır - YENİLƏNİB

Qazaxda hərbçi minaya düşüb, vəziyyəti ağırdır - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
DAVAMIN OXU davamın oxu

Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub
DAVAMIN OXU davamın oxu

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib
DAVAMIN OXU davamın oxu