Tacikistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Tacikistanın Baş prokuroru Azərbaycanda səfərdədir
15.09.2023 14:50
Aa
dəq

Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Tacikistanın Baş prokuroru Yusuf Rahmonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanın Baş prokuroru ilə tacikistanlı həmkarı arasında baş tutan görüş zamanı iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyi, siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyi, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələr arasında əlaqələrin etibarlı əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq prinsipinə əsaslandığı vurğulanıb.

Baş prokuror qeyd edib ki, ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın uğurla inkişaf etdirilməsində Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında olan qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, xüsusilə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

Səmimi qəbula və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Yusuf Rahmon təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına, Azərbaycanın prokurorluq orqanlarının cinayətkarlıqla mübarizədə formalaşdırılmış müsbət təcrübəsinin öyrənilməsinə böyük önəm verdiyini bildirib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu