Operativ Məlumat Mərkəzi

Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

1 dəq
Paylaş:
Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Mədəniyyət...

19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib.

Vurğulanır ki, Mədəniyyəti Günləri strateji tərəfdaş olan ölkələrimizin daha da yaxınlaşmasına, mədəni mübadiləyə yeni töhfələr verəcək.

Qeyd edək ki, 2007-ci ildə Azərbaycanda ilk dəfə Tacikistan Mədəniyyət Günləri, 2008-ci ildə isə dost ölkədə mədəniyyət günlərimiz gerçəkləşib.

Sonrakı dövrdə qarşılıqlı olaraq kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri, nəhayət, 2024-cü ilin may ayında Bakı və Gəncə şəhərlərində təşkil olunan Tacikistan Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin tərəqqisinin göstəricisidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər