Operativ Məlumat Mərkəzi

Tacikistan nümayəndə heyəti Azərbaycan Ordusunun PUA-ları ilə tanış olublar

1 dəq
Paylaş:
Tacikistan nümayəndə heyəti Azərbaycan Ordusunun PUA-ları ilə tanış olublar
Azərbaycan və Tacikistan respublikaları arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ)...

Azərbaycan və Tacikistan respublikaları arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə qonaqlara HHQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim olunub, 44 günlük Vətən müharibəsində HHQ-nin rolu haqqında məlumat verilib, pilotsuz uçuş aparatlarından istifadəyə dair fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Plana uyğun olaraq, Tacikistan nümayəndə heyəti HHQ-nin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib.
Tacikistanlı qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları (PUA) əyani olaraq göstərilib, qurğuların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər