Əsas məzmuna keç

SWIFT: Beynəlxalq köçürmələrə yeni sistem

SWIFT: Beynəlxalq köçürmələrə yeni sistem

Dünya bank sistemi köklü şəkildə dəyişir. Maliyyə institutlarının tətbiq etdiyi yenilik pul köçürmələri və valyuta əməliyyatlarında hansı üstünlükləri yaradacaq?

ru en

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (Society for Worldwide Interbank Financial Telecommunication - SWIFT) köçürmələrdə səhvlərin qarşısını almaq üçün yeni xidmətlər təklif edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu SWIFT-in MDB ölkələri və Qafqaz regionu üzrə ölkə meneceri İrina Lorer Bakıda keçirilən X Maliyyə və Bankçılıq Sammitində bildirib.

Onun sözlərinə görə, təşkilat beynəlxalq köçürmələr zamanı yaranan səhvlərin və imtinalarının qarşısını almaq üçün yeni həllər təqdim edir: "Təşkilatın pre-validasiya ödəniş məlumatlarını əvvəlcədən yoxlamağa imkan verir. Bu xidmət hesab məlumatlarının düzgünlüyünü təsdiqləyir və sonradan yarana biləcək ödəniş imtinalarının qarşısını alır. Bu həllər ödəniş prosesini həm banklar, həm də üçün daha sadə və etibarlı edir. Müştərilər beynəlxalq ödənişlərin daha rahat və sadə olmasını tələb edirlər. Bank müştərilərinin yalnız 50 %-i beynəlxalq ödənişlərin həyata keçirilməsi prosesindən razıdır. Müştərilər ödəniş məlumatlarının avtomatik doldurulmasını, daha az səhv riskini və daha rahat istifadə təcrübəsini gözləyirlər. Bu məqsədlə SWIFT müxtəlif rəqəmsal xidmətləri birbaşa bankların mobil tətbiqlərinə inteqrasiya etməyə başlayıb".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…