Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsveçdə “Aurora 26” təlimləri başladı

2 dəq
Paylaş:
İsveçdə “Aurora 26” təlimləri başladı

İsveç NATO ölkələri və nümayəndələrinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin məlumat yayıb.

Bildirilib ki, “Aurora 26” adlı ölkənin ən böyük milli hərbi manevrləri hesab olunur.

Qeyd olunub ki, təlimlərdə 16 mindən çox İsveç hərbi qulluqçusu, dənizçi və zabit iştirak edir.

Məlumata görə, xarici ölkələrdən təxminən 1500 hərbçi də təlimlərə cəlb olunub. Onların arasında ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Niderland, Almaniya, Danimarka, Norveç, Finlandiya, Estoniya və Latviya hərbçiləri yer alır.

Bildirilib ki, təlimlər 13 maya qədər davam edəcək və əsas məqsəd İsveç və NATO ərazilərinin müdafiəsi, eləcə də strateji əhəmiyyətli bölgələrin təhlükəsizliyinin gücləndirilməsidir.

Qeyd edilib ki, manevrlər əsasən İsveçin cənub və mərkəzi hissələrində, Qotland adasında və Baltik dənizi bölgəsində keçirilir.

Məlumata əsasən, yerli əhaliyə yollarda uzun hərbi texnika kolonlarının hərəkəti ilə bağlı xəbərdarlıq edilib və sürücülərə ehtiyatlı olmaları tövsiyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax