Operativ Məlumat Mərkəzi

Şüvəlanda itkin düşmüş qadın axtarılır

1 dəq
Paylaş:
Şüvəlanda itkin düşmüş qadın axtarılır
Paytaxın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva cari ilin iyun ayında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb....

Paytaxın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva cari ilin iyun ayında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in mətbuat xidmətindən bildirilib.

"Onun əlamətləri belədir: Boyu təxminən 156 sm., arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var. Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (012) 454-22-22 şəhər və (050) 221-16-56 ; (055) 252-22-22 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur". - məlumatda vurğulanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər