Operativ Məlumat Mərkəzi

Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə traktor minaya düşüb, xəsarət alan var

1 dəq
Paylaş:
Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə traktor minaya düşüb, xəsarət alan var
bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, Şuşa rayonunun Xəlfəli...

Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə traktor minaya düşüb, xəsarət alan var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, Şuşa rayonunun Xəlfəli kənd ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Belə ki, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb. Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur.

Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər