Operativ Məlumat Mərkəzi

Binəqədinin bəzi ərazilərində elektrik enerjisi olmayacaq

1 dəq
Paylaş:
Binəqədinin bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Biləcəri ETSİ-nə daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yanvarın 12-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xətlərində təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər