Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

2 dəq
Paylaş:
"Azərbaycan alüminiumu" ASC ləğv edilir

" alüminiumu" ASC ləğv ediləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında bildirilib.

Bununla bağlı Maliyyə Nazirliyinə "Azərbaycan alüminiumu"nun qeyri-dövlət təşkilatları qarşısında edilmiş borclarının qaytarılması üçün Azərbaycan dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edilməsi tapşırılıb.

Azərbaycan İnvestisiya Holdinqinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün tədbirlər görməsi tapşırılıb.

"Azərbaycan alüminiumu"nun aktivləri "Azəralüminium" MMC-nin balansına veriləcək. müəssisənin kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və "Azərbaycan Alüminiumu" SC-ni idarə etmək hüququna dair Müqavilə"nin təsdiq edilməsi haqqında" ölkə Prezidentinin 31 mart 2001-ci il tarixli sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi, eləcə də Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax