Əsas məzmuna keç

Maştağa və Ramanada bu gün işıq olmayacaq

Maştağa və Ramanada bu gün işıq olmayacaq

Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş işləri ilə əlaqədar enerjisinin verilişində fasilə yaranacaq.

""dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, elektrik enerjisinin verilişində göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 17 noyabr tarixində Maştağa Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada təmir-təftiş və sınaq işləri aparılacaq.

Məlumata görə, qeyd olunanlar ilə əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Maştağa Sovxoz və Ramana Daş karxanaları yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…