Surət Hüseynov vəfat edib - YENİLƏNİB

Surət Hüseynov vəfat edib - YENİLƏNİB
31.07.2023 20:12
Aa
dəq

Sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə APA-ya yaxınları bildirib. 

Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.

14:15 ***

Sürət Hüseynov ölməyib, komadadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qaynarinfo.az-a sabiq baş nazirin yaxınları məlumat veriblər.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

14:02 ***

Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmadan vəfat edib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Gəncədə anadan olan 64 yaşlı Surət Hüseynov Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991), Baş nazirin müavini (1993) vəzifələrində olub. Silahlı dəstələr yaratmaqla hakimiyyəti ələ keçirməyə cəhd edən S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb.

1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Ölkəni tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.  2004-cü il martın 17-də Prezident İlham Əliyevin Əfv Fərmanı ilə həbsdən azad olunub.

Bundan sonra Türkiyə başda olmaqla xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu