Əsas məzmuna keç

Suraxanıda quldurluq edən 2 şəxs saxlanılıb

Suraxanıda quldurluq edən 2 şəxs saxlanılıb

Suraxanı rayonu ərazisində iki hadisəsi qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşən şəxsin onu kəsici alətlə hədələdiyini və 48 manatını taladığını bildirib. Həmçinin, rayon ərazisində daha bir şəxs mağazalardan birinə daxil olaraq orada çalışan satıcını kəsici alətlə hədələyib və 150 manat pul vəsaitini quldurluq yolu ilə talayıb.

Suraxanı RPİ 30-cu Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 26 yaşlı K. və 32 yaşlı E.İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…