Sumqayıt Kimya Sənaye Parkından indiyədək 9 milyard manatlıq məhsul satılıb

Sumqayıt Kimya Sənaye Parkından indiyədək 9 milyard manatlıq məhsul satılıb
11.08.2023 16:21
Aa
dəq

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkından indiyə qədər 8,7 milyard manatlıq məhsul satılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Agentliyə istinadən xəbər verir ki, bunun 3,1 milyard manatlıq hissəsi 60-a yaxın ölkəyə, o cümlədən Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Çin, Yaponiya, Tayvan, Ukrayna, Belarus, Bolqarıstan, İtaliya, Avstriya, Rumıniya, Polşa, Makedoniya, Niderland, Danimarka, Finlandiya, Litva, Estoniya, Misir, BƏƏ, Livan, İraq, Braziliya, Kanada və ABŞ-a ixrac olunub.

Parkda investisiyalarının ümumi məbləği 5,7 milyard manatdan artıq olan 37 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlərdən 20-si fəaliyyətdədir. Bu il daha 4 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

Rezidentlər 5,3 milyard manatdan çox sərmayə yatırıb, 6 400-dən artıq daimi iş yeri yaradıb. Daha 386 milyon manat investisiya yatırılması, 2 000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bu ilin I yarısında Parkda 1,3 milyard manatlıq məhsul istehsal edilib, bunun 446 milyon manatlıq hissəsi ixrac edilib. 6 ay ərzində Parkın qeyri-neft sənayesində xüsusi çəkisi 15,2 %, qeyri-neft sənayesi ixracında isə payı isə 19,6 % olub.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu