Operativ Məlumat Mərkəzi

Sülhməramlı kontingentin yeni komandanı Ermənistanın müdafiə naziri ilə üçtərəfli bəyanatların icrasını müzakirə edib

1 dəq
Paylaş:
Sülhməramlı kontingentin yeni komandanı Ermənistanın müdafiə naziri ilə üçtərəfli bəyanatların icrasını müzakirə edib
bu barədə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib. Tərəflər regiondakı mövcud durumu və üçtərəfli bəyanatların yerinə yetirilməsini müzakirə...

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər regiondakı mövcud durumu və üçtərəfli bəyanatların yerinə yetirilməsini müzakirə ediblər.

Onlar həmçinin sülhməramlıların fəaliyyətinin səmərəliliyinin artırılması haqqında danışıblar.

Qeyd edək ki, A.Lentsov aprelin 26-da bu vəzifəyə təyin olunub. O, general-mayor Andrey Volkovu əvəz edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər