Sülh adı gələndə İranın “başı ağrıyır”, əsəbiləşir - FAZİL MUSTAFADAN SƏRT AÇIQLAMA

Sülh adı gələndə İranın “başı ağrıyır”, əsəbiləşir - FAZİL MUSTAFADAN SƏRT AÇIQLAMA
10.09.2024 16:01
Aa
dəq

Ötən gün Ermənistan XİN rəhbəri Ararat Mirzoyan dedi ki, İrəvan və Bakı sülh müqaviləsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəliblər. Sülh sazişinin tezliklə imzalanması üçün real şans var. Daha sonra Rəsmi Bakı İrəvana cavab verdi. Qeyd edildi ki, Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib.

Bəs Ermənistanın bu addımları sülh müqaviləsinə necə təsir edir? Ən əsas məsələ, sülh müqaviləsinin imzalanmasına qarşı olan güclər hansılardır?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan millət vəkili Fazil Mustafa dedi ki, Ermənistanın Azərbaycan ilə sülh müqaviləsini bağlamasına maneə olanlardan biri İrandır. Mahiyyətcə İranın dövlət ideologiyası kin və düşmənçilikdir. Ona görə də sülh adı gələndə, İranın “başı ağrıyır”, əsəbiləşir. Sülh sözünü qəbul eləmir.

Fazil Mustafa məhkəməyə müraciət ünvanladı

“Ermənistan İran ilə əlaqələrin kəsilməsindən qorxaraq sülh müqaviləsinin imzalanması prosesini uzadır. Ermənistan bilsin ki, bu dövlətə qüvənərək özünü təhlükəyə atır. Rəsmi İrəvan bu məsələdə Azərbaycana qüvənməlidir və qətiyyətli addım atmalıdır. Bölgəyə başqa dövlətlər, başqa niyyətlər ilə müdaxilə etməməlidir”.

Deputat vurğuladı ki, sülh müqaviləsi elə bir addımdır ki, burada mütləq tərəflər arasında müəyyən iddiaların irəli sürülməsi düşünülə bilər.

“Ermənistan məğlub tərəfdir. Məğlub tərəf üçün də müəyyən ziddiyət təşkil edən addımlar narahatlıq yarada bilər. Ermənistan daxili vəziyyəti yumşaldaraq sülh müqaviləsi imzalamaq istəyir. Azərbaycan isə öz strategiyasını müəyyən edib. Ölkəmiz qalıcı sülhün olmasını istəyir. Bizim məsələyə yanaşma üslubumuz ilə Ermənistanın məsələyə yanaşma üslubu fərqlənir. Niyyətlər isə sülh müqaviləsinin bağlanmasına yönəlib.

Elə məsələlər var ki, bu, Azərbaycanın marağına zidd olsa ölkəmiz buna razılıq verməyəcək. Ermənistan isə buna məhkumdur. Çünki bundan sonra sülhün alternativi - yeni hərbi münaqişədir. Bu da Ermənistan üçün problem yaradacaq bir məsələdir. Belə bir vəziyyətdə Ermənistan sülhün bağlanmasına razılıq verməlidir”, - deyə deputat sonlandırdı.

Digər müsahibimiz millət vəkili Naqif Həmzəyev bildirdi ki, Ermənistan sülhdən yayınır və təxribatlar törədir. 2024-cü ildə Ermənistan reallıqları dərk etməyə başladı və sülhə yaxınlaşmaq üçün müəyyən addımlar atdı.

Naqif Həmzəyev: Səfirliyimizə qarşı terror İranın Azərbaycan reallıqlarını  qəbul etməməsi ilə əlaqədardır - Yeni Gəncə

“İlkin mərhələdə 13 km məsafənin delimitasiya və demarkasiya olunmasını müşahidə etdik. Lakin bu proses çox ləng gedir. Xüsusilə də Ermənistanın havadarları, Ermənistana silah tədarük edən güclər sülhün olmasını istəmirlər. Sonuncu baş verən hadisələr isə onu deməyə əsas verir ki, Ermənistan yenə də öz ampluasındadır. Onlar öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq istəyirlər. İstənilən halda Azərbaycan öz mövqeyində qətidir. Ermənistanın vaxt uzatması özünə ziyan verəcək”.

Deputat dedi ki, gec-tez sülh müqaviləsi imzalanacaq. Çünki Azərbaycan birbaşa komminukasiyaların istifadəyə verilməsi ilə bağlı olan müddəanın sülh mətnindən çıxarmağa razılıq vermək ilə bir növ prosesi yüngülləşdirmək istədi.

“Təəssüf ki, Ermənistan bununla kifayətlənmədi. Onlar daha az müddəa ilə sülh müqaviləsi imzalamaq istəyirlər. Lakin bu baş tutmayacaq. Ancaq sülh müqaviləsi imzalansa da Ermənistandan həmişə ehtiyatlı davranmaq lazımdır. Çünki onlar müstəqil siyasət yürütmürlər. Azərbaycan sülhə məcbur etmək siyasətini davam etdirərək sülhə nail olacaq. Sülh müqaviləsi imzalandan sonra isə Zəngəzur dəhlizinin işə düşməsi reallaşacaq”.

Mehman Mirzəzadə

Həftənin ən çox oxunanları

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY
DAVAMIN OXU davamın oxu

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq
DAVAMIN OXU davamın oxu

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY
DAVAMIN OXU davamın oxu