Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dağlıq ərazilərdə qəfil şimşək çaxdı: Hava kəskin dəyişdi

1 dəq
Paylaş:
Dağlıq ərazilərdə qəfil şimşək çaxdı: Hava kəskin dəyişdi

İyunun 5-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində əsasən yağmursuz keçib, lakin 4-ü gündüzdən bəzi və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 7, Şərurda 4, Daşkəsəndə 2, Ordubad, Şahbuz, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qrız, Beyləqan, Biləsuvar, Cəlilabad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək olub.

İyunun 4-də saat 14:28-14:30 radələrində Gədəbəy rayonuna diametri 7 mm, rayonun Düzyurd və Talakənd kəndlərinə, saat 14:40 radələrində Daşkəsən rayonunun Alaxançallı, Qaratağlar, Qaraqullar, Muşavaq, Zinzahal, Zivlan, Suqovuşan kəndlərinə də dolu düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax