Aprel ayının ortalarından bəri Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalarda 822 mülki vətəndaş həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurma başlayandan bəri paytaxt Xartum, Əl-Ubeyd və Qərbi Darfur əyalətinin Əl-Cüneynə şəhərində 822 mülki şəxs həyatını itirib, 3215 nəfər isə yaralanıb.