ABŞ və Səudiyyə Ərəbistanının birgə bəyanatına əsasən Sudan ərazisində atəşkəsi pozan tərəflər arasında danışıq gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, danışığın Səudiyyə Ərəbistanında baş tutacağı gözlənilir.
Sudanın verdiyi məlumata əsasən, görüş humanitar problemlərin həllinə əsaslanacaq. Ekspertlər sözügedən hadisəni "Sülhdən öncə razılıq" olaraq qiymətləndirib.