Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sudanda Çevik Dəstək Qüvvələri atəşkəslə razılaşıb

2 dəq
Paylaş:
Sudanda Çevik Dəstək Qüvvələri atəşkəslə razılaşıb

Sudanda ordu ilə toqquşan Çevik Qüvvələri (HDK) atəşkəsi qəbul etdiklərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, HDK-nın bəyanatında “HDK Komandanlığı qardaş və dost ölkələrin vətəndaşları üçün təhlükəsiz dəhlizlərin açılması və təxliyyələrin asanlaşdırılması məqsədilə humanitar atəşkəsin qorunması istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını bildirir”, - deyilib.

ABŞ və Səudiyyə Ərəbistana ölkədə böhranın başlanmasından bəri göstərdikləri fasiləsiz səylərə görə təşəkkür edilən açıqlamada: “HDK, humanitar qanun prinsipləri və müharibə zamanı insan hüquqlarının müdafiəsi üzrə Cenevrə Konvensiyalarına uyğun olaraq, (BMT), Afrika, ABŞ, İngiltərə, və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə humanitar atəşkəsin daha 72 saat uzadılması təklifini təsdiq etdiyimizi bildiririk” - qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax