Sudanda atəşkəs rejiminin müddəti uzadılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanı və ABŞ rəsmiləri məlumat yayıblar.
Rəsmilər Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş tutan silahlı qarşıdurmanın dayandırılması üçün imzalanan atəşkəsin daha 5 gün uzadıldığını deyiblər.
Xatırladaq ki, sözügedən münaqişə 15 aprel tarixində başlayıb.