Venesuela Prezidenti Nikolas Maduronun məhkəmə işi üzrə ikinci iclası martın 17-dən 26-na keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” "Univision Noticias" telekanalına istinadən xəbər verir ki, buna səbəb logistik problemlər olub.
Məlumata əsasən, iclas əvvəlcə Nyu-York vaxtı ilə martın 17-də saat 11:00-da keçirilməli idi.
Lakin Maduronun müdafiə tərəfi planlaşdırma və logistika ilə bağlı çətinlikləri əsas gətirərək tarixin dəyişdirilməsi üçün vəsatət qaldırıb. Tərəflərin qarşılıqlı razılığı ilə növbəti dinləmə Nyu-Yorkun federal məhkəməsində baş tutacaq.
Venesuela rəsmisi Delsi Rodriqes jurnalistlərə açıqlamasında Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ tərəfindən irəli sürülən ittihamlar üzrə tamamilə günahsız olduqlarını bildirib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin Baş prokuroru Pem Bondi Maduro və həyat yoldaşına qarşı ağır ittihamlar irəli sürüb.